19 mart 2012 11:27
“Neftçi ardıcıl ikinci çempionluğa gedir, qoy bunu hamı bilsin”
“Neftçi”nin müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 24-cü turunun “İnter”lə oyunundakı qələbədən danışıb.
- “İnter” üzərindəki qələbə barədə nə deyərdiniz?
- Bu oyuna biz sonuncu görüş kimi yanaşırdıq. Demək olar ki, çempionluq oyunu idi. Qələbə bizim üçün həmişəkindən də vacib lazım idi.
- Bu oyuna biz sonuncu görüş kimi yanaşırdıq. Demək olar ki, çempionluq oyunu idi. Qələbə bizim üçün həmişəkindən də vacib lazım idi.
- “Neftçi” bir çox komandalardan fərqli “Şəfa”da “İnter”ə qarşı oyunun ipini əlində saxlaya bildi...
- Rəqibi topsuz saxlamaq lazım idi. “İnter”ə qarşı necə oynamaq lazım olduğunu bilirdik. Biz ötən oyunlarda buraxılan səhvləri də bu dəfə təkrarlamadıq. İlk yarının son dəqiqələrində buraxılan qol komandanı bir qədər ruhdan saldı. Amma ikinci hissədə belə rəqibi məğlub etmək üçün əlimizdən gələni etdik. Nəticədə Ruslan Əmircanovun ifasında vurulan gözəl qol komandamıza qələbə qazandırdı.
- Bu, “İnter” üzərində ilk qələbəniz idi. Yəqin ki, mövsümün əvvəlki oyunlarında ardıcıl məğlubiyyətlər sizi daha çox motivasiya edirdi...
- Bizə daha çox “İnter”in prezidenti Georgi Nikolovun sözləri təsir etmişdi. O, bildirmişdi ki, “Neftçi” “İnter”in abonentidi, hər dəfə bunlara uduzuruq, 3 xal veririk. Bu, bizi çox güclü motivasiya edirdi ki, onları məğlub edək. Bu sözlərə görə sağ olsun. Amma indi qoy kim kimin abonentidi bilsin. Belə müzakirələri, söhbətləri isə vətəninə saxlasın.
- Yəni bu söz sizi belə çox əsəbləşdirmişdi?
- Bəli. Vətənində ola-ola hansısa əcnəbidən belə söz eşitmək xoş deyil. Cənab Nikolov, bura Azərbaycandı. Bunu unutmayın! Vaxt gələcək, o, burdan gedəcək. Amma biz həmişə burdayıq.
- Zirvədə yenidən dörd xallıq fərqlə möhkəmlənməyə nail oldunuz...
- Rəqiblərimizi bir və ya dörd xalla qabaqlamağımızın fərqi yoxdu. “Neftçi” ardıcıl ikinci çempionluğuna gedir. Qoy bunu hamı bilsin.
- Bu qələbə “Qəbələ”yə sonuncu darmadağını unutdurmağa yetərli olacaq?
- Belə oyunları unutmamaq daha yaxşı olardı. Çünki gələcəkdə həmin səhvləri bir daha təkrarlamamaq lazımdı.
- Belə oyunları unutmamaq daha yaxşı olardı. Çünki gələcəkdə həmin səhvləri bir daha təkrarlamamaq lazımdı.
