19 mart 2012 00:34

Aleksandr Şoliç: Xəzər Lənkəran səhvlərimizi bağışlamayacaq

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç Premyer Liqanın 24-cü turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Bizim hədəfimiz hər oyunda qələbə qazanmaqdı. Lənkərana da qələbə üçün gəlmişik. Bildiyimə görə, burda qazon o qədər də yaxşı vəziyyətdə deyil. Amma bu, nəticəyə təsir göstərməməlidi. Düzdü, çox istərdik ki, qazon yaxşı olsun. Təəssüf ki, qar meydançanı korlayıb. Belədə də zədə almaq təhlükəsi çox olur. Rəqib düşərgədə baş məşqçi dəyişikliyi baş verib ki, bu da ancaq onlar üçün müsbət mənada təsirini göstərə bilər. Çünki rəqib futbolçular yeni baş məşqçiyə özlərini göstərməyə çalışacaqlar. Biz maksimum diqqətli olmalıyıq. Çünki “Xəzər Lənkəran” evdə oynayır və səhvlərimizi bağışlamayacaq. Çox istərdik ki, bu oyunda Uinston Parks da bizə kömək etsin. Amma böyük ehtimalla o, bu görüşdə çıxış edə bilməyəcək. Amma komandamız bir futbolçudan asılı deyil. Qarşıda hələ 9 tur var. Hər bir komanda xal itirəcək. Hər ehtimala qarşı biz də mübarizəmizi sona kimi davam etdirəcəyik. “Bakı” həmişə çempionluq və kubok uğrunda mübarizə aparıb. Azarkeşlər də bizim avrokuboklarda çıxış etməyimizə alışıblar. Amma bunun üçün ilk növbədə mükafatçılar sırasına düşməli, ya da kuboku qazanmalıyıq. Bu heyətlə avrokuboklara vəsiqəyə ümid edə bilərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.