20 mart 2012 12:57
Milli komanda baş məşqçisiz qaldı
Futbol üzrə Qana milli komandası baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, ölkə futbol təsərrüfatının rəhbərliyi baş məşqçi Qoran Stevanoviçin fəalliyətinə son qoyub.
Qana Futbol Federasiyasından verilən açıqlamada serbiyalı mütəxəssislə danışıqlardan sonra onunla yolların ayrıldığına qərar verildiyi bildirilir. Açıqlamada o da bildirilib ki, Stevanoviçin işini müvəqqəti olaraq yardımçısı Kvasi Appya həyata keçirəcək.
Qeyd edək ki, 45 yaşlı Stevanoviç ötən ildən Qana millisini çalışdırırdı. Lakin komandanın elə də uğurlu çıxış edə bilməməsi sözügedən mütəxəssisin postunda uzun müddət qalmasına imkan verməyib.
