20 mart 2012 13:11
İnter üzərindəki qələbə Neftçiyə baha başa gəldi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Simurq” – “Turan” matçının 73-cü dəqiqəsində “Turan”ın futbolçusu Aftandil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cəzalanıb.
“Kəpəz” – “Sumqayıt” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – “Qəbələ” matçında klubların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
“Rəvan” – AZAL matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“İnter” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə etməyə başlayaraq matçın 3 dəqiqə dayanmasına səbəb olublar. Bu hadisəyə görə “Neftçi” klubu 2000 manat cərimə olunub. Matçın 77-ci dəqiqəsində “Neftçi” klubunun məşqçisi Kamal Quliyev texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
