20 mart 2012 13:36
Qarabağın futbolçusuna 3 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun, eləcə də birinci divizionunun 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “Qarabağ” – “Rəvan” matçının 33-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Sergey Çernışev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Oyunun 33-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Eltun Yaqublu rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun 21-ci turunun “Muğan” – “Bakılı” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunublar.
