20 mart 2012 13:50
Kəpəzin futbolçusu 2 oyunluğa diskvalifikasiya olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Nikolay Svejentsev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
