20 mart 2012 00:52
Zeynal Məmmədov: Novruz Əzimovun işindən razıyıq
“Bakı”nın baş meneceri Zeynal Məmmədov Premyer Liqanın 24-ü turunun “Xəzər Lənkəran”la oyunundan sonra komandaya hazırda rəhbərlik edən məşqçi Novruz Əzimovun işinə qiymət verib. Azerisport.a saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamızın “Xəzər Lənkəran”a qarşı oyunu xoşuma gəldi. Futbolçularımız layiqli oyun sərgilədilər. Onlar ölkə kubokunun AZAL ilə oyununda da layiqli qələbə qazanmışdılar. Uşaqlar da başa düşürlər ki, artıq itiriləsi heç nə qalmayıb. Bundan pis daha ola bilməz. Qarşıda bizi “Qarabağ”la oyun gözləyir. Həmin oyunda da qələbə qazanmağa çalışacağıq. Novruz Əzimova gəlincə, o, ən azı mövsümün sonuna kimi postunda qalacaq. Bu məsələ klub rəhbərliyi səviyyəsində də həllini tapıb. Biz onun işindən razıyıq”.