20 mart 2012 01:47
Millimizin forvardı Latviya kubokunun yarımfinalında
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviya kubokunun yarımfinalına yüksəlib. Azerisport.az xəbər verir ki, onun şərəfini qoruduğu “Metallurq” klubu finala çıxmaq üçün vəsiqə aparacaq.
Lyepaya təmsilçisi 1/4 finalda “Dauqava” ilə üz-üzə gəlib. Vüqarın komandası bu rəqibiylə dueldə 1:0 hesablı qələbə qazanmağa nail olub.
Qeyd edək ki, millimizin forvardı bu oyunun 76-cı dəqiqəsində meydana daxil olub və komandasının uğurunda az da olsa, pay sahibinə çevrilib.
