20 mart 2012 21:54
Yığmamız qələbə qazandı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, millimiz “Qəbələ” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma 4:3 hesabı ilə U-19-un xeyrinə başa çatıb. Yığmamızın heyətində Soslan Tuayev dubl edib. Hərəyə bir dəfə isə Şamil Camaləddinov və Bayram Budaqov fərqlənib.
