20 mart 2012 11:56
Mahir Şükürov: Bunlar şayiədən başqa bir şey deyil
“Qəbələ”nin kapitanı Mahir Şükürov Premyer Liqanın 24-cü turunun “Qarabağ”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Qarabağ”la iki heç-heçə və hər iki oyunda son dəqiqələrdə buraxılan qol. Bunu necə izah edərdiniz?
- Əlbəttə, son dəqiqələrdə qol buraxmaq çox üzücüdü. Nəsə bəxtimiz gətirmir. Yəqin ki, sona kimi konsentrasiyanı saxlaya bilmirik və qapımızda qol görürük. “Real” da “Malağa” ilə ev oyununun son saniyələrində qapısında qol görərək, qələbəni əldən verdi.

- Komandaya bu dəfə nə çatışmadı ki?
- Biz artıq “Qarabağ”ı Quzanlıda məğlub etmişik. Bunu yenə etmək istəyirdik. Hesabda irəli idik və qələbəni qorumağa çalışırdıq. Amma hər halda belə rəqiblə səfərdə heç-heçə də pis nəticə sayılmamalıdı.

- Bəs ölkə kubokunda bu rəqiblə uğurlu çıxış edə biləcəksiz?
- Borcluyuq. Bizim qarşımıza yalnız yarımfinala kimi irəliləmək hədəfi qoyulmayıb. Bu turnirdəki çıxışımızı davam etdirmək istəyirik. Bizim ağdamlıları məğlub etmək üçün həm şansımız, həm də gücümüz var. Amma bundan öncə hələ “İnter”lə oyunumuz var. Hansı ki, onları öz meydanlarında yenmək mümkünsüzdü.

- “Qəbələ” hələ də medalçılar sırasından kənardadı...
- Gəncədə üç xal itirməyimiz planlarımızı korladı. İndi 42 xalımız olmalı idi. Amma nəzərə alsaq ki, bundan sonrakı oyunlar birbaşa əsas rəqiblərimizə qarşı olacaq, 3-4 turdan sonra vəziyyəti yaxşılaşdıra bilərik.
- Komandanızın oyunundan razısız?
- Nəticə varsa, deməli komanda oynayır. Hesab edirəm ki, mövsümün ikinci hisssəsinə pis başlamadıq. Amma əsas olan bu tempi davam etdirməkdi. Amma çatışmazlıqlar da var.

- Deyilənə görə, sizin bəzi komanda yoldaşlarınızla münasibətləriniz korlanıb. Kapitan kimi komandadakı intizamdan narazı deyilsiz ki?
- Bax bunlar şayiədən başqa bir şey deyil. Mənim hamıyla yaxşı münasibətlərim var. Mən kapitan kimi komandayla söhbətləşirəm. Bunu məndən baş məşqçimiz də tələb edir. Meydanda kiməsə əsəbləşə, yaxud onunla yüksək tonda danışa bilərəm. Amma bunlar hamısı meydanda qalır. Komanda bilməlidi ki, onun kapitanı var.