20 mart 2012 00:38
“İntriqanı saxlamağa çalışacağıq”
“Neftçi” ilə son qarşılaşmada “İnter”in yeganə qolunun müəllifi, çex yarımmüdafiəçi Bronislav Çervenka müsahibəsində “ağ-qaralar”la oyun barədə danışıb, turnir cədvəlinə toxunub və “Qəbələ” ilə gözlənilən matç haqqında fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Son matçla bağlı nə deyərdin?
- Oyun çox çətin alındı. Təəssüf ki, komandamız məğlub oldu. Biz meydana yalnız qələbə ardınca çıxmışdıq. Lakin heç-heç də bizim üçün pis nəticə olmazdı. Axı o halda “Neftçi”ni turnir cədvəlində irəliyə buraxmazdıq və aramızda bir xal fərqi qalardı. Təəssüf ki, alınmadı və fərq 4 xala çatdı.
- Oyun çox çətin alındı. Təəssüf ki, komandamız məğlub oldu. Biz meydana yalnız qələbə ardınca çıxmışdıq. Lakin heç-heç də bizim üçün pis nəticə olmazdı. Axı o halda “Neftçi”ni turnir cədvəlində irəliyə buraxmazdıq və aramızda bir xal fərqi qalardı. Təəssüf ki, alınmadı və fərq 4 xala çatdı.
- İkinci hissədə standart vəziyyətdən qol buraxdınız...
- Bu qarşılaşmanın taleyini standart vəziyyətlər həll etdi. Rəqib cərimə zərbəsini yetirmək hüququ qazandı və ondan istifadə etdi. Futbolçu qapıya zərbə endirmək qərarı aldı və onun zərbəsi əla alındı.
- Qeyd etdiyiniz kimi, məğlubiyyət “Neftçi”dən geriliyi 4 xala çatdırdı. Bundan başqa, 3-4-cü yerlərdə qərarlaşan komandalar da “İnter”i yaxından təqib edirlər…
- Qarşıda hələ 8 tur var və “Neftçi”yə çatmağa çalışacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Bizə xal toplamaq lazımdı. Əminəm ki, hələ heç nə itirilməyib və biz çempionatda intriqanı sağlamağa çalışacağıq.
- Bu, “İnter”in son 8 gündə artıq 3-cü oyunu idi. Belə sərt qrafikdə oynamaq çətin deyil ki?
- Qeyd etmək istərdim ki, ilk “altılığ”ın bütün komandaları belə qrafikdə oynayırlar. Biz belə şərtlərə alışmışıq. Əlbəttə, belə ritmdə oynamaq çətindi. Lakin düşünürəm ki, biz iki cəbhədə mübarizə apara bilərik.
- Artıq şənbə günü “İnter”i səfərdə “Qəbələ” ilə çətin oyun gözləyir. Rəqib komanda və qarşıdakı oyun barədə nə fikirləşirsiniz?
- Son zamanlar “Qəbələ”nin matçlarını izləmək imkanım olub və demək istərdim ki, bu komanda kifayət qədər maraqlı futbol sərgiləyir. Bir sözlə, bizi çox çətin qarşılaşma gözləyir və bu oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq.
