21 mart 2012 13:06
Messi Barcelona tarixinin ən yaxşısı oldu
İspaniyanın “Barcelona” klubunun argentinalı ulduzu Lionel Messi bu komandanın tarixinə düşüb. Azerisport.az xəbər verir ki, 24 yaşlı futbolçu La Liqanın ötən gün keçirilən “Granada” ilə ev oyununda daha üç qol vurmaqla La Liqa tarixinin ən çox qol vuran “Barcelona”lısına çevrilib.
Bu oyuna qədər Messi La Liqada 231 qol vurmuşdu. Çempionatda ən çox qol vuran “Barcelona”lı isə Sezar Rodriqes idi – 232. Messi ötən gün het-trikə imza atmaqla onu arxada qoyub və La Liqanın tarixinə düşüb.
Qeyd edək ki, Sezar 1939-1955-ci illərdə “Barcelona”da oynayıb. 1995-ci ildə vəfat etmiş veteran futbolçu karyerasını 1960-cı ildə “Elçe”də bitirib.
La Liqa tarixinən ən çox qol vuran futbolçusu isə Telmo Zarradı. 2006-cı ildə, 85 yaşında dünyasını dəyişmiş ispan 1940-1955-ci illərdə “Athletic”də 278 oyun keçirərək 252 qol vurub. Messinin tezliklə bu rekordu da ələ keçirməsi mümkündü.
