23 mart 2012 01:55
Beşiktaş da eyni şoku yaşadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə kubokunda 4-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Aşağı liqa təmsilçisi “Buğsasspor”un qonağı olan “Bursaspor” 2 cavabsız qolla qələbə qazanaraq, növbəti mərhələyə çıxıb. “Galatasaray” isə “Sivasspor”la ev oyununda minimal hesablı məğlubiyyət sayəsində kubokla erkən vidalaşmalı olub.
İkinci oyun günündə “Antalyaspor”un qonağı olan “Trabzonspor” da kubokla vidalaşmalı olub. “Rizespor” da “Karabükspor”la qarşılaşmada eyni aqibəti yaşayıb. “Eskişehirspor” “Kasımpaşa” ilə, “Fenerbahçe” isə “Samsunspor”la üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri darmadağınla növbəti mərhələyə çıxıblar.
Nəhayət son gündə “Boluspor”un qonağı olan “Beşiktaş” da digər nəhənglər kimi, kubokla erkən vidalaşmağın şokunu yaşayıb. “Kayserispor” isə “İstanbul BB” ilə görüşdə uğur qazanıb.
Türkiyə kuboku
4-cü mərhələ
20 mart
Buğsasspor – Bursaspor – 0:2 (əlavə vaxtda)
Qollar: Pinto, 93, T.Bahadır, 119.
Galatasaray – Sivasspor – 0:1
Qol: E.Kılıç, 49.
21 mart
Antalyaspor - Trabzonspor - 2:1 (əlavə vaxt)
Qollar: E.Bassan, 44, M.Aydın, 91 - B.Yılmaz, 71-pen.
Rizespor - Karabükspor - 0:1
Qol: M.Hacıoğlu, 66.
Eskişehirspor - Kasımpaşa - 3:0
Qollar: Kamara, 48, B.Karadeniz, 72, Dede, 79.
Fenerbahçe - Samsunspor - 3:0
Qollar: Ntsama, 18, Aleks, 21, S.Şahin, 34.
22 mart
Boluspor - Beşiktaş - 1:0
Qol: F.Kiraz, 77.
Kayserispor - İstanbul BB - 1:0
Qol: Troisi, 49.
