22 mart 2012 01:55
İtaliya kuboku: Napoli də finala çıxdı (YENİLƏNİB)
Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Erkən final kimi dəyərləndirilən oyunda son ölkə çempionu “Milan” hazırda A Seriyasının liderlərindən olan “Juventus”un qonağı olub. Turin klubu səfərdə qazandığı qələbə sayəsində cavab görüşü ərəfəsində önəmli üstünlüyə malik idi. Lakin milanlılar cavab görüşündə bu məğlubiyyətin əvəzini çıxa biliblər. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə yarım saata ehtiyac duyulub. Yalnız bu vaxt ərzində daha bir qol vuran “Juventus” ilk finalçı olub.
Digər yarımfinal matçında isə “Siena” “Napoli” ilə qarşılaşıb. Bu cütdə də meydan sahibləri səfərdəki məğlubiyyətin əvəzini artıqlamasıyla çıxa biliblər. Nəticədə, "Juventus"un finaldakı rəqibi məhz "Napoli" olub.
İtaliya kuboku
Yarımfinal (cavab oyunları)
20 mart
Juventus – Milan – 2:2 (əlavə vaxtda) (ilk oyun 2:1)
Qollar: Del Pyero, 28, Vuçiniç, 96 – Mesbah, 51, M.Lopes, 81.
21 mart
Napoli - Siena - 2:0 (1:2)
Qollar: Vergassola, 10-öz qapısına, Kavani, 30.
