22 mart 2012 02:25
Almaniya kuboku: Digər finalçı Bayern oldu (YENİLƏNİB)
Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Yarımfinala qədər gəlməklə hamını təəccübləndirən aşağı Bundesliqa təmsilçisi “Greuther Furth” Almaniya çempionatının lideri Dortmund “Borussia”sı ilə üz-üzə gəlib. Meydan sahibləri iddialı rəqibinə də layiqli müqavimət göstərə bilib. Görüşün əsas vaxtında tərəflər qol vura bilmədiyindən əlavə vaxta ehtiyac duyulub. Dortmund klubu yalnız əlavə vaxtın son dəqiqəsində türk futbolçu İ.Gündoğanın vurduğu yeganə qol sayəsində ilk finalçı olub.
Digər yarımfinal cütündə isə Münhenqladbax “Borussia”sı “Bayern”i qəbul edib. Qarşılaşmanın əsas və əlavə vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb. Bu üzdən də finalçını penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan Münhen klubu Dortmund "Borussia"sı ilə qarşılaşmaq hüququna yiyələnib.
Almaniya kuboku
Yarımfinal
20 mart
Greuther Furth - Borussia (Dortmund) – 0:1
Qol: İ.Gündoğan, 120.
21 mart
Borussia (Münhenqladbax) - Bayern - 0:0 (penaltilərlə 2:4)
