22 mart 2012 02:10
Fransa kuboku: PSG də kubokla vidalaşdı (YENİLƏNİB)
Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Fransa çempionatında son dövrlər uğursuz çıxış edən Marsel “Olympique”i daha bir zərbəni kubokda alıb. Aşağı divizion təmsilçisi “Quevilly” ilə üz-üzə gələn elita klubu bu görüşdə əlavə vaxtda buraxılan qollarla məğlub olub və kubokdan uzaqlaşıb.
İkinci oyun günündə isə aşağı divizion təmsilçisi “GFCO Ajaccio” Fransa çempionatının liderlər qrupunda qərarlaşan “Montpellier” üzərində qələbə qazandırmaqla növbəti sürprizini rəsmiləşdirib. “Valenciennes” “Rennes”ə məğlub olaraq kubokla vidalaşıb. Liqa 1-in lider PSG də Lion “Olympique”i ilə dueldə uduzaraq, azarkeşlərini üzüb.
Fransa kuboku
1/4 final
20 mart
Quevilly – Olympique (Marsel) – 3:2 (əlavə vaxtda)
Qollar: Valero, 6, Ayina, 111; 117 – Remi, 85; 112.
21 mart
GFCO Ajaccio - Montpellier - 1:0
Qol: Bokoqnano, 75.
Valenciennes - Rennes - 1:3
Qollar:
PSG – Olympique (Lion) - 1:3
Qollar:
