21 mart 2012 12:02
Yığmamızın hücumçusu Galatasaray üzərində qələbəyə sevindi
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının forvardı Cihan Özkara “Galatasaray” üzərində qələbəyə sevinib. Azerisport.az xəbər verir ki, ötən gün keçirilən Türkiyə kubokunun 4-cü mərhələsi çərçivəsindəki “Galatasaray” – “Sivasspor” görüşündə məhz Cihanın komandası sevinən tərəf olub.
Belə ki, matçın 49-cu dəqiqəsində Erman Kılıçın vurduğu qol yeganə olub. Məhz bu qol sayəsində “Sivasspor” adını növbəti mərhələyə yazdırıb.
Cihan bu görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Baş məşqçi Rza Çalımbay onu yalnız matçın 90-cı dəqiqəsində Mehmet Nasın əvəzində meydana buraxıb.
