22 mart 2012 14:24
Mais Mənsimov: Bizə Neftçi ilə oyunda ancaq qələbə lazımdı
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov Premyer Liqanın 25-ci turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandanın məşqini izləyən klubun rəhbəri bildirib ki, artıq son turun “Bakı” ilə oyunundakı məğlubiyyətini unudub, derbiyə hazırlaşmaq lazımdı:
“Bakı” ilə oyunda biz çox zəif çıxış etdik və buna görə də uduzduq. Amma “Neftçi”yə qarşı layiqli oyun gözləyirəm. Bütün fanatlar “Xəzər Lənkəran”ın qələbə qazanmasını istəyirlər. İnanıram ki, komanda toparlana və yüksək səviyyəli oyun göstərə biləcək. Bizə ancaq qələbə lazımdı”.