22 mart 2012 14:43
AFFA yığmamızın baş məşqçisi ilə yeni müqavilə imzaladı
AFFA futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva ilə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssisin müqaviləsi başa çatmaq üzrə idi.
Bu üzdən də rəhbərlik ona yeni müqaviə təklif edib. Beləliklə, Joze Alesio yığmamızdakı fəaliyyətini daha bir il davam etdirəcək. Onun yeni müqaviləsinin müddəti 2013-cü ilin mart ayında başa çatacaq.
Xatırladaq ki, braziliyalı mütəxəssis Azərbaycan yığmasını 2008-ci ilin dekabr ayından çalışdırır.
