22 mart 2012 02:48
Bundesliqada daha bir baş məşqçi istefası
Futbol üzrə Almaniya Bundesliqasında daha bir baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, “Kaiserslautern”in çalışdırıcısı Marko Kurz postundan qovulub.
Klubun yaydığı rəsmi açıqlamada baş məşqçinin istefaya göndərildiyi, komandanın müvəqqəti olaraq məşqçi Oliver Şaferə və qapıçılarla işləyən məşqçi Qerri Ehrmanna tapşırıldığı deyilir. Həmçinin yeni baş məşqçinin yaxın günlərdə təyin olunacağı bildirilir.
