22 mart 2012 15:29

“Ola bilər ki, AFFA rəhbərliyi mənimlə sonadək işləmək istəməsin”

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva azerisport.az saytına müsahibəsində komandamızın DÇ-2012-yə vəsiqə verən Rusiya ilə pley-off oyunlarına hazırlığından danışıb.
 
- Türkiyə toplanışı necə keçdi?
- Hər şey normal keçdi. Orda iki sınaq matçı keçirdik. İlk oyunda Türkiyə millisi ilə heç-heçə (3:3) etməyimizə baxmayaraq, növbəti qarşılaşmada onları məğlub etdik - 2:1. Amma düzünə qalsa, ilk oyundakı çıxışımızı daha çox bəyəndim.
 
- Yığmamız üçün uğursuz başa çatan son Avropa çempionatından sonrakı müddətdə çatışmazlıqları aradan qaldıra bilmisiz?
- Biz bu işi hələ də davam etdiririk. Türkiyə ilə oyunlarda da həmin problemlər özünü hiss etdirdi. Biz yenə çoxlu qol epizodları yaratdığımız halda, onlardan lazımınca yararlana bilmirik. Yenə sarsaq qollar buraxırıq. Rusiya yığması bunları bizə bağışlamayacaq.
 
- Rusiya ilə oyunlara hazırlıq yolunda daha hansı planlarınız var?
- Hər gün “Sərhədçi”də iki məşqə çıxırıq. Martın 23-də və 24-də “Araz”, “Neftçi” və “Ekol”un oyunçularından ibarət yığma ilə yoxlama matçı keçirəcəyik. Çünki yalnız məşqlərlə kifayətlənmək olmaz.
 
- Yığmamıza yeni cəlb olunan Kaka ilə bağlı nə deyərdiz?
- Mən ondan hələ ki, razıyam. Şübhəsiz ki, qalan hər şeyi Rusiya ilə oyunlar göstərəcək. Belə oyunçunu sərəncamından görməyi hər bir məşqçi istər. O, meydanda məşqçi kimidi. Kaka Maşado Nilsonu tam əvəz edə bilər. Onun meydanda olması taktiki planda mənim üçün çox vacibdi.
 
- Deməli, Rusiya ilə oyunlarda o, komandamızın aparıcı oyunçularından olacaq?
- Olmalıdı. Ümidvaram ki, həmin oyunlara qədər Kaka yığma komandaya tam uyğunlaşa biləcək.

 
- Rusiya yığmasında Serilo ilə yanaşı Pulanın da millimizə qarşı oynamayacağı dəqiqləşib. Sizcə, bu, bizim üçün nə qədər münasibdi?
- Bu, fakt deyil. Təbii ki, rəqib komandanın da onları əvəzləyə biləcək oyunçuları var. Rusiya millisinin yaxşı ehtiyat qüvvəsi var. Hansı ki, bizdə bu planda problemlər daha çoxdu. Eyni zamanda bizim də heyətimizdə Andrey Tveryankin, Rizvan Fərzəliyev kimi aparıcı oyunçular oynaya bilməyəcək. Rizvan yığmanın aparıcı oyunçusu idi. Onun yoxluğu məni çox məyus edir. Bu, yığma üçün böyük itkidi. Diskvalifikasiya mənim bütün planlarımı korladı.
 
- AÇ-dəki uğursuzluqdan sonra Rusiyanı da keçə bilməsəz, yığmamızdakı postunuzu itirmək təhlükəsi yaranacağından qorxmursuz ki?
- AÇ-dən sonra futzal federasiyasının prezidenti və AFFA-nın baş katibi ilə görüşümdə də bildirdim ki, “Araz” yığmanın baza klubu olanda mənə işləmək daha asan idi. İndiki halda isə çox çətindi. Buna baxmayaraq, hətta Rusiya ilə görüşlərdə uğursuzluqla üzləşsək də belə, ruhdan düşmək lazım deyil. Çünki qarşıda növbəti AÇ-nin seçmə mərhələ oyunları da olacaq.
 
- Deməli, siz mümkün gedişinizi istisna edirsiz? Halbuki, sizi məhz yenicə yığmaya dəvət etdiyiniz Kakanın əvəzləyəcəyi bildirilir...
- Belə şayiələr baş məşqçilər barədə tez-tez səslənir. Amma mən yaxınlarda AFFA ilə müqaviləmin müddətini 2013-cü ilin mart ayına kimi uzatmışam. Odu ki, belə şayiələrə fikir vermirəm. Bilmirəm, ola bilər ki, mənimlə sona kimi işləmək istəməsinlər. Amma mən bir şeyi bilirəm ki, müqaviləmin sonuna kimi qalmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.