22 mart 2012 19:54
Rusiya Azərbaycan ilə oyun üçün heyətini açıqladı
Rusiya futzal yığmasının dünya çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Sergey Skoroviç hazırlığa 17 oyunçu dəvət edib.
Bakıdakı oyuna hazırlığa bu gün başlayan rusların təlim-məşq toplanışı ayın 25-dək davam edəcək. Həmin gün rəqib ölkəmizə səfər edəcək və martın 27-də “Sərhədçi” Olimpiya Mərkəzində matça çıxacaq. Bu ilin payızında Tailandda keçiriləcək final mərhələsinə vəsiqə uğrunda cavab oyunu isə aprelin 9-da Tümendə olacaq.
Qapıçılar: Qustavo (“Sibiryak”), Leonid Klimovski (MOİK)
Sahə oyunçuları: Sergey Abramov, Dmitri Prudnikov (hər ikisi “Sinara”), Aleksandr Fukin, Vladislav Şayaxmetov, Anatoli Badretdinov (hər ikisi “Dinamo, Moskva), Nikolay Pereverzev, İldar Nuqumanov, İvan Milovanov (hamısı “Tümen”), Sergey Serqeyev, Konstantin Mayevski (hər ikisi MOİK), Danil Davıdov (“Qazprom-Yuqra”), Roman Anosov (“Norilski nikel”), Vladimir Çurlyayev, Nikolay Plaxov (hər ikisi “Sibiryak”)
