23 mart 2012 00:08
Azərbaycan yığması 6 cavabsız qola sevindi
İsmayıllı rayonunda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi “Ağsu” klubu olub.
Yığmamız bu görüşdə 6:0 hesabı ilə qələbə qazanıb. Bayram Budaqovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Şamil Camaləddinov, David Qarayev, Teymur Quliyev və Elşən Abdullayev fərqlənib.
