22 mart 2012 11:38

Böyükağa Hacıyev: Qoy XL-da bilsinlər ki, mən heç nədən qorxmuram

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın qarşıdan gələn “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Növbəti turda sizi yenicə Yunis Hüseynova tapşırılmış “Xəzər Lənkəran”la oyun gözləyir. Bu oyuna necə hazırlaşırsız?
- Onlara qarşı oynamaq mənim üçün maraqlı olacaq. Fikrimcə, bu, mövsümün ən gərgin oyunlarından biri olmalıdı. Rəqibimiz təsnifat mərhələsindəki 0:5 hesablı məğlubiyyəti unutmayıb. Biz isə bunu unutmuşuq və qarşıdakı oyuna köklənmişik.
 
- Hüseynov da müsahibəsində deyib ki, onun komandası hücum futbolu sərgiləyəcək...
- Onda o, bilməlidi ki, “Neftçi”də heç nədən qorxmayan Böyükağa Hacıyev işləyir. Mən yeganə baş məşqçiyəm ki, heç bir transfer etməmişəm. Çünki komandamın gücünə inanıram. Bilirəm ki, futbolçularımız nəyə qadirdilər. Güclü qələbə qazansın. Biz “Xəzər Lənkəran”la oynamağa hər an hazırıq.
 
- Deməli, “İnter” üzərindəki qələbəni də unutmusuz?
- Bizim üçün kimə qarşı oynamağın fərqi yoxdu. “İnter”lə də oyuna adi qaydada hazırlaşmışdıq. Düzdü, gizlətmirəm ki, rəqib klubun prezidenti Georgi Nikolovun sözləri bizi daha da güclü motivasiya etmişdi. Biz heç vaxt heç kimin abonenti olmamışıq və olmayacağıq. Mən onlara qarşı bizi məhz Nikolovun sözlərinin motivasiya etdiyini Kaxaber Tsxadadzeyə də dedim. Fikrimcə, bundan sonra Nikolov bir daha bunu təkrarlamayacaq. Əks halda nə baş verəcəyinə cavab verə bilmərəm.
 
- Sizin Tsxadadze ilə çoxdan öz haqq-hesabınız var. Sizin “Bakı” ilə Çempionlar Liqasında “Sion”a qarşı çıxış etdiyiniz dövrü nəzərdə tuturuq...
- Bu, çoxdankı hadisədi. İndi Tsxadadzeyə güclü komanda formalaşdırmaq nəsib olub. Amma məsələ burasındadı ki, mən çox borclu qala bilmirəm və ilk imkandaca həmin borcumu qaytarıram. Bir qələbənin qisasını aldıq, qaldı ikinci.
 
- “İnter”in oyunlarını uzun müddət analiz etmişdiniz?
- Beş oyunlarına baxmışdım. Onlar sakit oynayırlar, öz anlarını gözləyirlər. Tələsməyib rəqibin səhv etməsini gözləyirlər. Çox ağıllı futbol oynayırlar. Belə rəqibə qarşı oynamaq çox çətindi.

- Çoxları “Neftçi”nin çempionluğa yaxınlaşdığını deyir...
- “Neftçi” hələ çempion deyil və və heç buna yaxınlaşmayıb da. Baxın görün qarşıda necə oyunlarımız qalır. Biz qələbə seriyamızı davam etdirməliyik. Yalnız bu halda nəyəsə ümid edə bilərik.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.