22 mart 2012 11:53
Millimiz Dubayda yeddi qola üzüldü
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yerli “Əl Şabab” klubu olub.
Millimiz bu oyunda 3:7 hesabı ilə məğlub olub. Komandamızın heyətində Əbdül Əliyev, Elvin Quliyev və Hikmət Bağırov fərqlənib.
