23 mart 2012 13:26
Türkiyə kubokunun püşkü atıldı
Bu gün futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələnin püşkatması atılıb. Azerisport.az xəbər verir ki, püşkatma nəticəsində kuboku qazanmağa iddialı səkkiz klub cütlüklərə bölünüblər.
Qeyd edək ki, 4-cü mərhələdə qalib ayrılaraq yoluna davam edən klublar bunlardı: Fenerbahçe, Bursaspor, Sivasspor, Antalyaspor, Kardemir Karabükspor, Eskişehirspor, Boluspor və Kayserispor.
Bu günkü püşkatma zamanı 1/4 final mərhələsi ilə yanaşı, yarımfinal cütləri də müəyyənləşib. Belə ki, artıq 1/4 finalda qalib olacaq kollektivlərin də finala çıxmaq yolunda hansı kollektivlərlə üz-üzə gələcəyi indidən bəllidi.
Sonda onu da qeyd edək ki, sayca 50-ci dəfə düzənlənən Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları da tək matçdan ibarət olacaq və neytral meydanda keçiriləcək. 90 dəqiqədə qalib müəyyənləşməyəcəyi təqdirdə əlavə vaxta və penaltilərə ehtiyac duyulacaq. Elə yarımfinal mərhələsinin oyunları da eyni qayda üzrə keçiriləcək.
Türkiyə kuboku
1/4 final
1. Sivasspor - Bursaspor
2. Eskişehirspor - Antalyaspor
3. Kardemir Karabükspor - Boluspor
4. Fenerbahçe - Kayserispor
Yarımfinal
1-ci cütün qalibi - 2-ci cütün qalibi
3-cü cütün qalibi - 4-cü cütün qalibi
