23 mart 2012 01:44

“Niyə də Azərbaycan yığmasına çağırılmayım”?

Futbol üzrə Azərbaycan yığmasının və Latviyanın “Metallurg” klubunun hücumçusu Vüqar Əsgərov azerisport.az saytının suallarını cavablandırıb. O, öncə ölkə kubokunun 1/4 final mərhələsində “Dauqavpils” üzərində qazandıqları qələbə sayəsində yarımfinala çıxmalarından danışıb.
 
- Latviya kubokunun son matçında 15 dəqiqə oynadın...
- Baş məşqçi məni matçın sonlarında meydana buraxmağa qərar verdi. Bu, onun qərarıdı. Mövsüm hələ yenicə başlayır. Qarşıda bütöv bir mövsüm var: kubok və çempionat oyunları, üstəgəl Avropa Liqasının matçları.
 
- Qarşınıza hansı məqsədlər qoyulub?
- Biz Latviya kubokunu qazanmalıyıq. Bundan əlavə ölkə çempionu olmaq istəyirik. Ümid edirəm ki, qızıl medalları qazana biləcəyik. Hədəflərimiz belədi. Biz Antalyada yaxşı təlim-məşq toplanışı keçirdik. Bundan əvvəl isə yığma ilə birgə Dubay toplanışında oldum. Hər halda hazırlığımızın nə qədər faydalı olduğunu zaman göstərəcək.
 
- “Metallurg”un bu yoldakı əsas rəqibi “Ventspils”di?
- “Skonto” və “Dauqava”nı da əlavə edərdim. Onlar da gücləniblər.
 
- Kubok matçında az oynamağınızı nəzərə alsaq, demək olar ki, siz hələ əsas heyət oyunçusu deyilsiz?
- Mən rəqabətdən qorxmuram. Ötən mövsümdə də əsas heyətə düşmək baxımından vəziyyət sabit deyildi. Bəzən 90 dəqiqə oynayırdım, bəzən sonradan meydana çıxırdım. Əlbəttə, mən də istəyirəm ki, daha çox oynayım. Amma heyətimizdə üç hücumçu var.
 
- Yığma ilə Dubayda keçirdiyiniz toplanış nə dərəcədə faydalı oldu? Oyundaşlarınızla yaxından tanış ola bildiniz?
- Uşaqlar çox mehribandılar. Xüsusilə kapitan Rəşad Sadıqov xoşuma gəldi. Yaxşı oğlandı. Mənə gəlincə, iki oyunda meydana çıxdım ki, bu da xoşdu. Amma oyunumuza əsas qiyməti məşqçilər korpusu verir. Özüm öz oyunuma qiymət verə bilmərəm.
 
- Həmin oyunlardakı nəticələr sizi də məyus etmədi ki?
- Bir həftə ərzində üç oyun keçirdik. Bütün oyunlarda qələbə qazanmaq istəsək də, bu, alınmadı. Azarkeşlər bizdən narazı qaldılar. Buna haqları çatır. Mən onların qarşısında üzr istəyirəm.
 
- Dubay toplanışı bəzi milli üzvləri üçün qalmaqalla yadda qaldı. Buna təəccübləndiniz?
- Bu mövzuda heç danışmaq da istəmirəm. Biz hamımız səhv edə bilərik. Əsas odu ki, bu səhvi başa düşək və təkrarlamayaq.
 
- Siz də həmin oyunçular arasında ola bilərdiz?
- Xeyr. Mən siqaret çəkmirəm, içmirəm. Əgər hətta bunu etsəydim də, bunu internetdə yayımlamazdım.
 
- Latviyaya qayıtdıqdan sonra komanda yoldaşlarınızın zarafat mənbəyinə çevrilmədiniz ki?
- Onlar Fələstinə uduzduğumuza görə məyus olsalar da, mənim iki oyunda meydana çıxmağıma sevinirdilər. Məncə, istənilən klub yığmada oynayan futbolçusuna görə həyəcan keçirir, onun uğurlarına sevinir.
 
- Qarşıdakı yoxlama matçlarına da çağırılacağınıza ümid edirsiz?
- Əlbəttə. Amma mən Berti Foqtsun fikrindəkiləri bilmirəm. Hər halda bunun üçün ilk növbədə klubumda daha çox oynamağım lazımdı. Belə olan halda niyə də çağırılmayım? Yəqin məşqçilər də mənim çıxışımı diqqətdə saxlayacaqlar.
 
- Berti Foqts necə təəssürat yaratdı?
- O, mənə görə çox maraqlı və təcrübəli mütəxəssisdi. Onun haqda ancaq müsbət fikirlərim var. Foqts bütün fikirlərini çox dəqiqliklə çatdırır və onu da tələb edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.