23 mart 2012 02:19
Ueyn Runi doqquz yaşlı uşağın biləyini qırdı
Futbol üzrə İngiltərə millisinin və “Manchester United” klubunun ulduz hücumçusu Ueyn Runi 9 yaşlı azarkeşin biləyini qırıb. Azerisport.az xəbər verir ki, bu hadisə “qırmızı şeytanlar”ın Premyer Liqanın son turunda “Wolverhampton”la səfər matçında baş verib.
“Manchester United”in 5:0 hesablı qələbəyə sevindiyi görüşdən komandanın 9 yaşlı azarkeşi Ceym Tomas heç də xoş təəssüratlarla ayrılmayıb. Özü də maraqlıdı ki, sözügedən uşaq ilk dəfə sevimli komandasını tribunadan qələbəyə səsləmək imkanı əldə edibmiş.
Amma qarşılaşma öncəsi isinmə hərəkətləri edərkən Runinin qüvvətli zərbəsi nəticəsində top tribunadakı Tomasın biləyini tapıb. Nəticədə o, matçın yalnız ilk yarısını izləyə bilib. Qolundakı ağrılara yalnız 45 dəqiqə dözə bilən uşaq fasilədə Vulverhemptondakı xəstəxanalardan birinə götürülüb.
