23 mart 2012 14:27

Böyük oyunların 100-cü iştirakçısı

Martın 24-də Premyer Liqanın 25-ci turunda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” 24-cü dəfə “Böyük oyun”un iştirakçısı olacaq. Azerisport.az xəbər verir ki, bu dəfəki görüş cənubluların baş məşqçisi Yunis Hüseynovun bu prinsipial duellərdəki debütü ilə əlamətdar olacaq.
 
O, “Xəzər Lənkəran”ı “Böyük oyun”a çıxaracaq 7-ci baş məşqçi kimi tarixə düşəcək. Ona qədər 23 görüşdə komandamıza 6 çalışdırıcı rəhbərlik edib. Hüseynovun sələflərindən ən uğurlusu Mirça Rednik, ən uğursuzu isə İqor Ponomaryovla baş məşqçi əvəzi kimi “Böyük oyun”a qatılan Şenol Fidan olub.
 
“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı baş məşqçiləri
 
Mirça Rednik                           8  3  4  1  9-11  13
Ağasəlim Mircavadov            8  2  4  2   3-3   10
Rasim Kara                            4  1  1  2   5-5    4
Viktor Pasulko                        1  0  1  0   2-2    1
İqor Ponomaryov                   1  0  0  1   1-2     0
Şenol Fidan                            1  0 0  1    0-1    0
Cəmi                                      23 6 10 7 20-24 28
 
Hüseynov həm də “Xəzər Lənkəran”ın “Böyük oyun”larda yubiley – 100-cü nümayəndəsi olacaq. Belə ki, ona qədər 6 baş məşqçi ilə yanaşı 93 futbolçu “Xəzər Lənkəran” formasında “Böyük oyun”a çıxıb. Baş məşqçi ilə yanaşı ilk dəfə bu prinsipial derbinin həyəcanını yaşayacaq futbolçular bu “99”luğun artmasında pay sahibi olacaq.
 
Əvvəlki 23 “Böyük oyun”un iştirakçısı olan 93 “Xəzər Lənkəran”lı ilə bağlı maraqlı faktlar da diqqət çəkir.
 
* Alim Qurbanov 2004/05 mövsümündən başlayan rəqabətin hər mövsümündə heç olmasa 1 matçda “Neftçi”yə qarşı oynayıb. O, 8 mövsümdür ki, “Böyük oyun”da iştirak edir. Rahid Əmirquliyev 6 mövsümdə bu duellərin həyəcanını yaşayıb.
* Lakin Rahid Əmirquliyev hamıdan çox – 17 dəfə “Neftçi”yə qarşı oynayıb. Kamran Ağayev – 13, Alim Qurbanov – 12, indi əks düşərgədə olan Rəşad Abdullayev, həmçinin Emeka Opara hərəyə 10 “Böyük oyun”a “ağ-yaşıl” formada çıxıb.
* Rahidlə Kamran “Böyük oyun”larda 1000-dən artıq dəqiqə keçirib. Əmirquliyev 1190, Ağayev isə 1170 dəqiqə ərzində bu həyəcanı yaşayıb.
* “Xəzər Lənkəran”ın “Neftçi”nin qapısına vurduğu 20 qola 15 futbolçu imza atıb. 1 dəfə “Neftçi”nin üzvü Ruslan Abışov öz qapısına qol vurub.
* “Xəzər Lənkəran”ın heyətində Julius Vobay 3, Uinston Parks, Zaur Ramazanov və Rəşad Abdullayev isə hərəyə 2 dəfə “ağ-qaralar”ı qolla məyus edib.
* “Böyük oyun”larda “Xəzər Lənkəran”ın 39 futbolçusu vərəqə ilə cəzalanıb. Onlar ümumilikdə 57 dəfə qarşısında vərəqə görüb. Emin Quliyev hamıdan çox – 4, Oqtay Dərəlioğlu və Elnur Abdullayev 3 dəfə cəzalanıblar.
* XL “Böyük oyun”larda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb. 2007/08 mövsümündə birinci dövrənin Lənkərandakı görüşünün 88-ci dəqiqəsində Emin Quliyev meydandan qovulub. 2009/10 mövsümündə final mərhələsinin I dövrəsinin yenə Lənkərandakı görüşündə isə qırmızı vərəqə Ruslan Poladova göstərilib. Lakin o meydandan deyil, texniki zonadan kənarlaşdırılıb. Çünki o, qırmızı vərəqəni ehtiyatda oturaraq alıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.