23 mart 2012 15:16
Alim Qurbanov: Azarkeşlər bunları bilməsə, daha yaxşıdı
“Xəzər Lənkəran”ın oynayan-məşqçisi Alim Qurbanov Premyer Liqanın 25-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Bu günlərdə sizi “Xəzər Lənkəran”ın oynayan-məşqçisi təyin etdirlər. Bu postu sizə kim təklif etdi?
- Klub prezidenti Mais Mənsimov mənə tez-tez məşqçi olmağı təklif edirdi. O, bildirirdi ki, mən karyeramı bitirəndə də komandada qalmalıyam. Amma nə qədər gücüm varsa, oynamaq istəyirəm. Ən azı bir il. Bununla yanaşı mən Yunis Hüseynovun məşqçilər korpusunda çalışmaq təklifini də qəbul etdim. Belə kollektivdə çalışmaq çox xoşdu.

- Yeni baş məşqçi ilə işlər necə gedir?
- Hüseynov gənc məşqçidi, amma böyük təcrübəsi var. Onun “Karvan”da gördüyü işləri unutmaq olmaz. Gəlin etiraf edək ki, o, “Xəzər Lənkəran”ı çox çətin bir dövrdə götürdü. Çünki çempionat və kubok sona yaxınlaşmaq üzrədi. Komandanı qələbəyə kökləmək çox çətindi. Şübhəsiz ki, hər bir məşqçiyə vaxt lazımdı. Onun işinə müəyyən vaxtdan sonra qiymət vermək olar.

- Hüseynov üçün ilk cəhd çox uğursuz alındı – “Bakı”ya məğlub oldunuz...
- “Bakı” yalnız ilk 15 dəqiqədə yaxşı oynadı, qol vurdu və qələbə qazandı. Biz isə istədiyimiz oyunu göstərə bilmədik, zəif oynadıq. Üzücü də olsa deməliyəm ki, qol vəziyyətlərimiz də olmadı. Qol vəziyyəti yaratmadan “Bakı”nı necə məğlub etmək olar? Rəqib daha bir qol vura bilərdi. Kamran Ağayev komandamızı qoldan xilas etdi.
- Təəccüblü məqamlardan biri də azarkeşlərin istefa tələbi oldu...
- Cəmi bir neçə gün öncə təyin olunan məşqçinin istefaya çağırılmasını başa düşə bilmirəm. Hüseynov heç oyunçularla yaxşı tanış ola da bilməmişdi. Azarkeşlər isə elə indidən onun işinə qiymət verməyə başladı. Məgər komandanı belə dəstəkləmək olar? “Xəzər Lənkəran”ın bütün azarkeşlərinə hörmətim var. Amma belə etməklə rəqib komandanı sevindirmək olmaz.
- Yeri gəlmişkən, onlar Mirça Rednikin adını hallandırırlar...
- Mirça Rednik onlar üçün nə edib bilmirəm. O, həqiqətən təcrübəli mütəxəssisdi, komanda üçün çox iş görmüşdü. Amma bəzən elə şeylər baş verir ki, azarkeşlər heç onları bilməsələr, daha yaxşıdı. Əgər bu gün Rednik yoxdusa, azarkeş komandasını dəstəkləməməlidi? Axı biz hamımız “Xəzər Lənkəran”ın uğurları üçün çalışırıq. Əgər indi komandanı Yunis Hüseynov çalışdırırsa, hamı onun yanında olmalıdı.
- Qarşıdakı “Neftçi” ilə oyuna necə hazırlaşırsız?
- Məşqlərimizdən birinə klub prezidenti də gəldi, komandanı dəstəklədi. O, bildirdi ki, komandadan layiqli oyun gözləyir. “Bakı” ilə oyunu unudub, “Neftçi” barədə düşünməliyik. Bu, bizim əsas rəqibimizdi. Həm azarkeşlər, həm də klub rəhbərliyi bizdən uğur gözləyir. Oyunçular da başa düşürlər ki, qələbə üçün hər şey etmək lazımdı. “Neftçi” üzərində qələbə “Xəzər Lənkəran”ın özünə gəlməsinə kömək edə bilər.

- Revanş barədə düşünürsüz?
- 0:5-i unutmamışıq və unuda da bilmərik. Bu, dəhşətli oyun idi. Amma futbolda hər şey olur. Heç kim qarşıdakı oyunda nələr olacağını deyə bilməz. Etiraf edim ki, hətta 1:0 hesabla qalib gəlməyimizə də razıyam. İstənilən halda qələbəyə görə 3 xal qazanmalı olacağıq. “Neftçi” bu mövsüm yaxşı təsir bağışlayır. Baxmayaraq ki, qışda heç bir transfer etməyiblər. Bu üzdən bütün futbolçuları bir-birini yaxşı başa düşürlər. Flavinyo yaxşı oyun sərgiləyir. Son dövrlərdə Rəşad Abdullayev, Ruslan Əmircanov tez-tez qollar vururlar. Bütövlükdə, bizi çox təhlükəli rəqiblə oyun gözləyir. Amma bizim potensialımız da qələbə qazanmağımıza ümid verir.