23 mart 2012 15:31
Qurban Qurbanov: Bakı bu dəfə bizə asan təslim olmayacaq
“Qasrabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 25-ci turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Oyuna pis hazırlaşmamışıq. Ən azından, ənənəvi hazırlıq proqramımız üzrə məşq etmişik. Bizi yaxşı forma yığmağa başlamış komandayla çətin oyun gözləyir. Novruz Əzimovun komandasının son turda “Xəzər Lənkəran” üzərindəki qələbəsi də bunun göstəricisidi. Düzdü, bu il biz onları səfərdə 3:0 hesabıyla məğlub etmişdik. Amma bu dəfə hər şeyin o qədər asan olacağını düşünmürəm. Turnir cədvəlində mübarizə turdan-tura daha da qızışır. Ona görə də mütləq qələbə qazanmağa borcluyuq”.