23 mart 2012 18:00
Neftçi İnteri yendi, XL Qarabağa uduzdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 25-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
"Bakı" "Qəbələ" üzərində qələbəyə sevinib. "Neftçi" - "İnter" paytaxt derbisində də meydan sahibləri qələbə qazanan tərəf olub. "Kəpəz" AZAL-ı darmadağınla yola salıb. "Xəzər Lənkəran" isə evdə "Qarabağ"a minimal hesabla uduzub.
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.
Əvəzedicilərin çempionatı
25-ci tur
23 mart (cümə)
Bakı - Qəbələ - 1:3
Qollar: Eltun Hüseynov, 49 - Amil Yunanov, 30; 74, Nicat Əsgərov, 36-öz qapısına.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Neftçi – İnter – 1:0
Qol: Emin Mehdiyev, 87.
Bakı. Dalğa Arena.
Kəpəz – AZAL – 4:1
Qollar: Elvin Həsənəliyev, 18, Azər Əhmədov, 45-öz qapısına, İsmayıl Aslanov, 68, Nicat Məmmədov, 82 - Şahin Zeynalov, 87.
Gəncə. Şəhər stadionu.
Xəzər Lənkəran – Qarabağ – 0:1
Qol: Təmkin Xəlilzadə, 90+3.
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu.
1
25
17
4
4
59-29
55
