23 mart 2012 19:58
Qarabağın sabiq üzvü penaltini vura bilmədi və qovuldu (VİDEO)
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leonardo Roşa yenidən qalmaqala səbəb olub. Azerisport.az xəbər verir ki, qışda Ağdam klubunun düşərgəsinə qayıtmadığı üçün komandadan uzaqlaşdırılan və Braziliyada “Treze” klubuna keçən Premyer Liqamızın sabiq iştirakçısı bu klubdan da qovulub.
Buna səbəb onun Braziliya kubokunun 1/4 final mərhələsinin “Botafogo” ilə oyununda sözügedən futbolçunun penaltini vura bilməməsi göstərilir. Belə ki, klub rəhbərliyi kubokdakı məğlubiyyətin əsas səbəbkarı kimi məhz Roşanı göstərirlər. Bu üzdən də klubun prezidenti bu futbolçu ilə görüşərək, onun komandadan qovulduğunu diqqətinə çatdırıb.
Maraq üçün qeyd edək ki, bu oyun Roşanın “Treze”dəki debüt matçı imiş. Daim intizamsızlığı və qalmaqallarıyla yadda qalan bu futbolçu “Qarabağ”la yanaşı ölkəmizdə “Standard”, “İnter” və “Bakı”da da çıxış edib. Amma bütün komandalarımızdan məhz intizamsızlığına görə kənarlaşdırılıb.
