24 mart 2012 00:06

Premyer Liqamızda Böyük qırğın

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun 4 oyunu ilk, qalan iki görüşü isə ikinci oyun gününə təsadüf edəcək.
 
Maraqlıdı ki, hesabat turunun ən prinsipial qarşılaşmaları – yəni ilk altılığın görüşləri məhz bu gün baş tutacaq. Lakin turun açılış oyunu ikinci altılıq klubları arasında keçiriləcək. AZAL "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar hazırda turnir cədvəlində qonşudular və paytaxt klubu Gəncə təmsilçisini cəmi 3 xal qabaqlamaq şərtilə öndədi. Amma tərəflərin cari mövsümkü qarşılaşmalarında bərabərlik var. Belə ki, “Kəpəz” Gəncədəki oyunda AZAL-ı 3:1 məğlub etdiyi halda, bakılılar da Şüvəlanda 2:0 hesablı qələbəyə sevinmişdi. Tərəflərin bu dəfəki görüşündə də müəyyən mənada meydan sahiblərini favorit saymaq olar. Baxmayaraq ki, əsas diqqətini Azərbaycan kubokuna yönəldən “təyyarəçilər” bu üzdən artıq Premyer Liqanın son oyunlarına əsas heyətlə çıxmır. Düzdü, “Kəpəz” də ölkə kubokundakı mübarizəsini davam etdirir. Amma hər halda AZAL-la müqayisədə gəncəlilərin kubokda mərhələ adlamaq şansları və istəyi heç də yüksək deyil.
 
Son dövrlər inamlı təsir bağışlayan, “Neftçi” və “Xəzər Lənkəran”ı məğlub edən, “Qarabağ”la iki oyunda qələbəni son anda əldən verən "Qəbələ" daha bir iddialı rəqibi "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt klubu son turda “Neftçi”yə uduzduğundan, bunun acığını bölgə təmsilçisindən çıxmaq, yenidən xal itirməmək və liderlə aradakı xal fərqinin daha da artmamasına nail olmaq istəyir. Amma “Qəbələ” də asan təslim olan komandalardan deyil və bu komanda da medallar uğrunda mübarizəyə qoşulmaq üçün mütləq qələbə qazanmaq arzusundadı. Maraqlıdı ki, bu kollektivlərin cari mövsümkü görüşlərində qələbə qazanan olmayıb. Bakıdakı oyun 1:1, Qəbələdəki qarşılaşma isə 0:0 hesabıyla başa çatmışdı. Bu dəfə necə olacağı maraqla gözlənilir.
 
İlk altılığın digər “autsayder”i "Bakı" isə "Qarabağ"ı qəbul edəcək. Paytaxt klubu son turda səfərdə “Xəzər Lənkəran”ı məğlub etməklə özündən söz etdirməyi bacardı. Lakin “zolaqlılar” hələ də qeyri-sabit çıxışı ilə diqqət çəkirlər və onların qarşıdakı oyunda nəyə nail olacağını proqnozlaşdırmaq çox çətindi. Amma Ağdam klubu artıq uzun müddəti məğlubiyyət tanımır. Düzdü, “Qəbələ” ilə son oyunlarda qələbə və quru seriyaları qırılsa da, Ağdam təmsilçisi yenə də inamlı çıxışı ilə seçilir. Bu üzdən müəyyən qədər qonaqların şanslarının çox olduğunu düşünmək olar. Yeri gəlmişkən, bu mövsüm keçirilən oyunlarda “Qarabağ” sevinən tərəf olub. İlk oyunda 2:1 hesabı ilə gülən ağdamlılar Bakıdakı görüşdə də 3 cavabsız qolla qələbə qazanmışdılar. Odu ki, “Bakı” həm də bu darmadağının qisasını almağa çalışacaq.
 
Turun mərkəzi oyununda isə "Neftçi" və "Xəzər Lənkəran" üz-üzə gələcək. “Böyük oyun”, “Azərbaycan derbisi” və sair adlar verilən bu qarşılaşmaya maraq yenə kifayət qədər çoxdu. Tərəflərin bu mövsümkü mübarizəsinə nəzər saldıqda, “Xəzər Lənkəran”ın ev oyununda əzəli rəqibini 1:0 hesabıyla məğlub etdiyini görürük. Lakin “Neftçi” həmin məğlubiyyətin əvəzini cavab görüşündə artıqlaması ilə çıxmağı bacarmışdı. Belə ki, “ağ-qaralar” “Xəzər Lənkəran” üzərində 5:0 hesabıyla qələbə qazanmışdılar. Odu ki, cənublular üçün bu görüş həm də revanş xarakteri daşıyır. Lakin hər şeydən önəmli olan daha bir məqam “ağ-yaşıllar”ın medallar uğrunda mübarizədən kənarlaşmaq üzrə olmasıdı. Belə ki, bu oyunda da uduzacağı halda, XL şanslarını daha da azaldacaq. Odu ki, mütləq xal və ya xallar qazanmaq lazımdı. Son turda “Bakı”ya da məğlub olan bölgə klubu yeni baş məşqçisi ilə dönüş yaratmaq fikrindədi. “Neftçi” isə son turda əsas rəqiblərindən “İnter” üzərində qələbə qazandığı üçün “Böyük oyun”a daha da yüksək əhval-ruhiyyədə çıxacaq.
 
Turun qalan iki oyunu bazar günü keçiriləcək. Son turda turnir cədvəlinin zirzəmisinə yuvarlanan "Sumqayıt" "Simurq"la ev oyununda ordan çıxmağa çalışacaq. Amma bu, heç də asan olmayacaq. Qış fasiləsindən sonra bir qayda olaraq məğlubiyyətləri sıralayan Bernard Raabın komandası “Simurq”la görüşlərin hər ikisində 0:1 hesabıyla uduzub. Bu dəfə necə olacağını isə 90 dəqiqənin tamamı göstərəcək.
 
“Sumqayıt”ı son pilləyə yuvarlatmaqla bir qədər özünə gələn "Turan" bu turda da "Rəvan"la qarşılaşacaq. Paytaxt klubu ikinci altılığın zirvəsini buraxmamaq üçün yenə qələbə qazanmağa çalışacaq. Amma bunu Tovuzda həyata keçirmək heç də asan olmayacaq. Düzdü, təsnifat mərhələsində “Rəvan” bu rəqibini səfərdə 1:0 hesabıyla, doğma divarlar arasında isə 2:1 yenməyi bacarmışdı. Bu dəfə isə Tovuz klubu qisas almağa və təhlükəli zonadan çıxmağa çalışacaq.
 
Premyer Liqa
25-ci tur
24 mart (şənbə)
 
AZAL - Kəpəz
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. AZAL Arena. Saat 14:00.
 
Bakı - Qarabağ
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 14:30.
 
Qəbələ - İnter
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
 
Neftçi - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 15:00.
 
25 mart (bazar)
 
Sumqayıt - Simurq
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00.
 
Turan - Rəvan
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu. Saat 15:00.
 
1
Neftçi
24
17
1
6
48-22
52
 
2
İnter
24
14
6
4
23-12
48
 
3
Qarabağ
24
13
6
5
29-15
45
 
4
Xəzər Lənkəran
24
13
5
6
33-21
44
 
5
Qəbələ
24
11
6
7
32-25
39
 
6
Bakı
24
11
5
8
28-23
38
 
 
7
Rəvan
24
8
7
9
26-29
31
 
8
AZAL
24
8
5
11
35-40
29
 
9
Kəpəz
24
7
5
12
31-40
26
 
10
Simurq
24
5
6
13
20-36
21
 
11
Turan
24
4
3
17
17-34
15
 
12
Sumqayıt
24
4
3
17
17-42
15

 

 
 
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL), Yuri Fomenko (Kəpəz)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.