24 mart 2012 21:09
Arazsız Panionios Arisə məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Yunanıstan Super Liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Aris” ilə qarşılaşıb. Heç də uğurlu çıxış etməyən Afina klubu çətin səfər oyununda məğlubiyyətlə üzləşib.
Son oyunda 85 dəqiqə meydanda olan Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi Apostolos Mantsios futbolçumuza 18-likdə yer versə də, meydana buraxmayıb.
Qeyd edək ki, “Panionios” hazırda 26 oyundan sonra 29 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Aris” isə 39 xalla altıncı pillədə qərarlaşıb.
Yunanıstan Superliqası
26-cı tur
24 mart
Aris - Panionios - 4:2
Qollar: Fati, 33, Umbedis, 73, Triantafillakos, 77, Neto, 79 - Kuqi, 39; 64.
