24 mart 2012 16:53

Böyük oyunda sülh, Qarabağ və Qəbələdən qələbə (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 4 qarşılaşma keçirilirb
 
Medallar uğrunda mübarizə aparan ilk altılığın bütün kollektivləri məhz bu gün üz-üzə gəliblər. "Qəbələ" "İnter"i məğlub yola salıb. "Neftçi" "Xəzər Lənkəran"la heç-heçəyə razılaşmalı olub. "Bakı" isə "Qarabağ"a uduzub. İkinci altılıq çərçivəsində isə AZAL-la "Kəpəz" qarşılaşıb və meydan sahibləri qələbəyə sevinən tərəf olublar.
 
Turun qalan iki oyunu da sabah keçiriləcək. "Sumqayıt" "Simurq"la, "Turan" "Rəvan"la münasibətlərinə aydınlıq gətirəcək.
 
Premyer Liqa
25-ci tur
24 mart (şənbə)
 
NEFTÇİ – XƏZƏR LƏNKƏRAN - 1:1 (1:0)
Qollar: Ruslan Abışov, 26 (1:0), R.Əmirquliyev, 55 (1:1)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Fariz Yusifov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 11. Cavid Hüseynov, 16. Alessandro Viana da Silva, 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Katalin Doman, 8. Eder Bonfim, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 18. Alim Qurbanov, 22. Antonio Semedo, 30. Rendal Brenes, 33. Stevan Bates.
 
Oyun başladı
2. Hər iki komanda oyuna çox fəal başlayıb
3. "Neftçi"nin korner vuruşu qol gətirmir
4. "Neftçi"nin oyunçusu yerdə qaldığı halda rəqib futbolçuların oyunu davam etdirməsi artıq görüşdə gərginliyin yaranmasına səbəb olur
5. Qonaqların kornerdən fərqlənmək istəyi alınmır
6. "Neftçi" də künc zərbəsindən uğursuz yararlanır
8. M.Seyidovun çox təhlükəli zərbəsi qapıdan azacıq yan keçir
14. Oyun daha çox meydanın mərkəzində keçir
15. Flavinyo düz cərimə meydançasının xətti yaxınlığında E.Bonfim tərəfindən kobudluqla dayandırılır. Bonfim sarı vərəqə ilə cəzalanır
16. Əmircanovun cərimə zərbəsi canlı səddə dəyərək kornerə çıxır. Künc zərbəsi də müdafiəçilərdən qayıdır
22. Seyidovun uzaqdan zərbəsi dəqiq olmur
26. Künc zərbəsi zamanı Ruslan Abışov dəqiq baş zərbəsi ilə hesabı açır - 1:0
30. XL hesabı bərabərləşdirmək üçün çalışır
33. Qonaqların çox təhlükəli hücumu qeyri-dəqiq zərbə ilə tamamlanır
36. Cərimə meydançasında əllə oyuna görə qonaqların qapısına penalti təyin olunur
36. E.Allahverdiyev sarı vərəqə alır
37. Flavinyo penaltini dəqiq yerinə yetirə bilmir: top qapı tirindən qayıdır
40. XL fəallığı artırıb. İki korner vuruşu qol gətirmir
45. Rahidin qüvvətli zərbəsi qapıdan yan keçir
45. İlk hissəyə 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. "Neftçi" daha bir korneri boşa verir
55. Rahidin uzaqdan zərbəsi zamanı Stamenkoviç topu qaytara bilmir. Top serb qapıçının önündə yerə dəydiyi üçün istiqamətini dəyişir - 1:1
56. Sadionun zərbəsi qapıdan aralı keçir
62. Georgiyevskinin əvəzində meydana C.İmamverdiyev çıxır
64. XL-da Domanın əvəzində meydana A.Semedo çıxır
70. Flavinyonun zərbəsi qapıdan xeyli aralı keçir
71. "Neftçi"də R.Abdullayevi C.Hüseynov əvəzləyir
73. R.Abışov sarı vərəqə alır
75. R.Qomes də sarı vərəqə ilə cəzalanır
75. XL-da son əvəzləmə: Sadionun əvəzində meydana B.Subaşiç çıxır
76. Meydan sahiblərinin təhlükəli nöqtədən cərimə zərbəsi uğursuz başa çatır
80. Komandaların qarşılıqlı hücumları davam etsə də, təhlükəli vəziyyətlər azdı
84. Cərimə zərbəsi zamanı qapı qarşısında yaranan qarışıqlıqdan istifadə edən Semedo yaxın məsafədən qapını nişan alsa da, Stamenkoviç inanılmaz reaksiya ilə komandasını yüz faizli qoldan xilas edir
88. Nasimov yaxın məsafədən qapını nişan ala bilmir
90. İkinci hissəyə 3 dəqiqə əlavə olunur
90+3. Qomesi E.Abdullayev əvəzləyir
Matç başa çatdı
 
 
QƏBƏLƏ – İNTER - 2:1 (0:0)
Qollar: Yannik Kamanan, 61 (1:0), Nizami Hacıyev, 76 (1:1), Deon Barton, 83 (2:1)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Ramil Əhmədov.
Qəbələ. Şəhər stadionu.
 
QƏBƏLƏ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 10. Deon Burton, 15. Nodar Məmmədov, 21. Elmar Baxşıyev, 22. Murad Hüseynov, 24. Tərzin Cahangirov, 3. Saşa Yunisoğlu.
İnter: 1. Georgi Lomaya, 2. Xəyal Mustafayev, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 9. Krastovçev Enyo, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka (k), 14. Peter Zlatinov, 18. İlia Kandelaki, 22. Peter Xrappan, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 6. Samir Zərgərov, 16. Elnur Abdulov, 20. Girt Karlson, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 29. Əziz Quliyev.
 
Oyun başladı
Matç çox sakit məcrada keçir
Tərəflər daha çox kəşfiyyat xarakterli hücumlara üstünlük verirlər
Kamanan Dodonun ötürməsini qola çevirə bilmir
Şükürovun təhlükəli cərimə zərbəsini qapıçı dəf edir
Kamanan çox yaxın məsafədən qapıya düşə bilmir
"İnter"in hücumda oyunu alınmır
Kamananın cərimə zərbəsini Lomaya dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədə qonaqların heyətində Zlatinovu Niasse əvəzləyir
Qonaqlar ikinci hissəyə çox fəal başlayıblar
Hacıyevin zərbəsi qapıdan aralı keçir
Dodonun zərbəsini qapıçı tutur
Lomaya növbəti dəfə komandasını qoldan xilas edir
Yannik Kamanan nəhayət dəqiq zərbə ilə hesabı açır - 1:0
"İnter"in oyunda dönüş yaratmaq cəhdləri hələ ki, faydasızdı
Nizami Hacıyev nəhayət komandasını sevindirir - 1:1
"İnter"də Krastovçevi B.Tsxadadze əvəzləyir
"Qəbələ"də isə Əmiraslanovu Deon Barton əvəzləyir
Hacıyev Dodoya qarşı kobudluğa görə sarı vərəqə alır
Deon Barton yenidən meydan sahiblərini hesabda önə keçirir - 2:1
Mustafayev ikinci sarı vərəqə aldığı üçün meydandan qovulur və "İnter"i azlıqda qoyur
Matç başa çatdı
 
 
BAKI – QARABAĞ - 1:2 (0:1)
Qollar: M.Medvedev, 8 (0:1), Vaqif Cavadov, 48 (0:2), R.Hacıyev, 73 (1:2)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Nahid Əliyev, Orxan Məmmədov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
 
BAKI: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Serxio Kontreras Pardo.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 30. Maris Verpakovski, 99. Rəhman Hacıyev.
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 19. Muarem Muarem, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi, 70. Vaqif Cavadov.
 
Oyun başladı
"Qarabağ" oyuna fəal başlayıb
Ağdamlılar erkən qola imza atırlar. Maksim gözəl qolla komandasını hesabda önə çıxarır - 0:1
Meydan sahiblərinin təhlükəli hücumu zamanı Pavloviç daha cəld tərpənir
Əfranın qapıya zərbəsini Şarliya tutur
"Bakı"nın cavab qolunu vurmaq istəkləri hələlik alınmır
Sadiqovun zərbəsi çox qeyri-dəqiqdi
Bir epizodda Vüqar, digərində isə Əfran əla imkana malik olsa da, topu meydanda saxlaya bilmir
"Bakı"nın kornerdən fərqlənmək istəyi bəhrəsiz qalır
Boyan Kokenin zərbəsini asanlıqla tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Yenicə meydana çıxan Vaqif Cavadov komandasıın üstünlüyünü bir qədər də möhkəmləndirir - 0:2
Sadiqov ciddi zədə alır və meydanı xərəkdə tərk edir
"Bakı"da Karqbonu R.Hacıyev əvəzləyir
Qarşılıqlı hücumlar təşkil olunsa da, bunlar o qədər də təhlükəli deyil
Matçda tempin çox aşağı olduğu bir vaxtda R.Hacıyev çox möhtəşəm qola imza atır. O, oyundaşının ötürməsini saxlamadan uzaqdan zərbə ilə birbaşa qapıya ünvanlayır - 1:2
"Bakı"da M.Verpakovski də meydana çıxır
R.Hacıyevin cərimə zərbəsi qapıdan aralı keçir
"Bakı"da Şoliçi Nurlan Novruzov əvəzləyir
Yusifov cərimə meydançasında Verpakovskini yıxır və qonaqların qapısına penalti təyin olunur
Kokenin penalti zərbəsi qapının üstündən keçir
Əfranın Adamiyaya ötürməsi.. Adamiyanın qapıya doğru zərbəsi, top rəqibə dəyərək meydandan çıxır
Əfran rəqiblərini keçir, lakin müdafiəçilər ona qapıya zərbə enidrməyə mane olur
Əfrana qarşı qayda pozulur və cərimə zərbəsi yerinə yetirilir. Top "Bakı" oyunçusunun əlinə dəysə də hakim davam işarəsi verir
Cəmşid Məhərrəmov Bəxtiyara qarşı kobuluğa görə sarı vərəqə alır
"Qarabağ"ın cərimə zərbəsi qolsuz bitir
"Qarabağ"da oyunçu dəyişikliyi: Rauf Əliyev Əfranı əvəzləyir
Matç başa çatdı
 
 
AZAL - KƏPƏZ - 2:0 (0:0)
Qollar: Nuqzar Kvirtiya, 59 (1:0), Georgi Boqyu, 72 (2:0)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Tahir Əhmədov.
Bakı. AZAL Arena.
 
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka (k), 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 15. Georgi Boqyu, 16. Branislav Arsenijeviç, 17. Viktor İbekoyi, 19. Hüseyn Axundov, 23. Tales Şütz, 25. Tural Nərimanov
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 4. Elvin Cəbrayıllı, 6. Mindauqas Daunoraviçyus, 13. Şəhriyar Rəhimov, 14. Orxan Səfiyaroğlu, 18. Elmin Çobanov, 22. Elgün Abbaslı.
KƏPƏZ: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 18. Nikolay Svejentsev, 8. Armand Feutçin, 14. Dmitri Parxaçov, 2. Nail Məmmədov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 23. Junivan Suares, 11. Sabir Allahquliyev, 17. Renat Sultanov, 19. Zaur Əsədov, 9. Ceyhun Əhmədov, 3. Vasif Haqverdiyev.
 
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən daha fəaldılar
Lakin bu fəallıq hələ ki, qol gətirmir
Şützün akrobatik vuruşunda top hədəfdən yan keçir
Kərimov meydan sahiblərinin müdafiəsindəki səhvdən yararlana bilmir
Arseniyeviçin zərbəsi dəqiq alınmır
Paşayevin zərbəsi qapıdan yan keçir
Şütz az qala hesabı açacaqdı. Son anda qonaqların bəxti gətirir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Meydan sahibləri daha üstün oyun sərgiləməkdədilər
Nuqzar Kvirtiya komandasının fəallığını qolla tamamlayır - 1:0
Fomenko baş zərbəsi ilə hesabı bərabərləşdirməyə yaxın olsa da, Ağacanov əla reaksiya nümayiş etdirir
AZAL qoldan sonra da üstün olan tərəfdi
AZAL-da Axundovu O.Səfiyaroğlu əvəzləyir
Qonaqlarda isə bu gün heç nə alınmır
Georgi Boqyu hesab arasındakı fərqi artırır - 2:0
Qarşılıqlı hücumlar davam etsə də, qol yoxdu
Matç başa çatdı
 
1
Neftçi
25
17
2
6
49 - 23
26
53
2
Qarabağ
25
14
6
5
31 - 16
15
48
3
İnter
25
14
6
5
24 - 14
10
48
4
Xəzər L
25
13
6
6
34 - 22
12
45
5
Qəbələ
25
12
6
7
34 - 26
8
42
6
Bakı
25
11
5
9
29 - 25
4
38
 
1
AZAL
25
9
5
11
37 - 40
-3
32
2
Rəvan
24
8
7
9
26 - 29
-3
31
3
Kəpəz
25
7
5
13
31 - 42
-11
26
4
Simurq
24
5
6
13
20 - 36
-16
21
5
Turan
24
4
3
17
17 - 34
-17
15
6
Sumqayıt
24
4
3
17
17 - 42
-25
15
 
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL), Yuri Fomenko (Kəpəz)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.