24 mart 2012 01:49
Azarkeşlərin Böyük oyun üçün proqnozu
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 25-ci turun “Neftçi” – “Xəzər Lənkəran” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın və azarkeşlərin yekun rəyini diqqətinizə çatdırırıq.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti bu görüşdə “Neftçi”nin qələbə qazanacağını düşünür. Respondentlərin 51 faizi (249 səs) məhz bu komandanın qələbəsinə səs verib.
“Xəzər Lənkəran”ın qələbə qazanacağını proqnozlaşdıranlar 40 faiz (195) təşkil edirlər. Heç-heçə olacağını güman edənlər isə 9 faizdi (46).
