24 mart 2012 14:32
Karvanın yeni baş məşqçisi müəyyənləşdi
“Karvan” özünə yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki, birinci divizionda çıxış edən komanda Zakir Mahmudovun “Xəzər Lənkəran”a gedişindən sonra ona əvəzləyici axtarışında idi.
Bölgə klubu bu postu Kənan Kərimova tapşırıb. 36 yaşlı sabiq futbolçu gələn həftə Yevlax klubu ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Zakir Mahmudov “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun köməkçisi vəzifəsində çalışmaq üçün “Karvan”dan istefa vermişdi.
