24 mart 2012 16:38
“Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 25-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Oyuna çox yaxşı hazırlaşmışdıq. Təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Futbolda vurmayana-vurarlar qaydası var. Bu gün də belə oldu”.
