24 mart 2012 16:46
Rafiq Mirzəyev ikinci hissəni fərqləndirdi
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın 25-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“İkinci hissə çox fərqli keçdi. Biz qol imkanlarmızdan istifadə etdik. “Kəpəz” komandası bu gün çox yaxşı oynadı”.
