24 mart 2012 17:41
Fatih Kavlak: İnterin gücünə bələd idik
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 25-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“İnter”in gücünə bələd idik. Taktikamızı da buna uyğun qurmuşduq. Altılığa başlayanda hansı mövqedə idiksə, indi də orada - beşinci pillədəyik. Biz hələ yolun başlanğıcındayıq. Qarşımıza qoyulan məqsədə - Avroliqaya getmək üçün hələ bundan sonra daha çox çalışmalıyıq”.
