24 mart 2012 17:52
Turan Simurqu səfərdə məğlub etdi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 25-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
"Rəvan" - "Sumqayıt" matçında tərəflər hesabı aça bilməyiblər. "Simurq"un qonağı olan "Turan" isə çətin qələbəyə sevinib.
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilmişdi.
Əvəzedicilərin çempionatı
25-ci tur
24 mart (şənbə)
Rəvan – Sumqayıt – 0:0
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Simurq – Turan – 2:3
Qollar: Cavid Mirzəyev, 15, Dilqəm Əsgərov, 26 - Elmixan Məmmədov, 67, Qüvvət Əmrahov, 70, Emin Bağırov, 82.
Zaqatala. Şəhər stadionu.
1
25
17
4
4
59-29
55
