25 mart 2012 00:06
Hər şey Qarabağ və Neftçi üçün
Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutdu.
Şübhəsiz ki, ötən gün bütün diqqətlər “Böyük oyun”a yönəlmişdi. Belə ki, “Neftçi” və “Xəzər Lənkəran” 2011-2012 mövsümündə üçüncü dəfə üz-üzə gəldi.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda ilk qol “Neftçi”dən gəldi. 26-cı dəqiqədə künc zərbəsindən sonra Ruslan Abışovun baş zərbəsi dəqiq oldu. 37-ci dəqiqədə “Neftçi” ikinci qolu vura bilərdi. Lakin Flavinyo penaltini dəqiq yerinə yetirməyərək, komandasını demək olar ki, qələbədən məhrum etdi. Əvəzində “Xəzər Lənkəran” bərabərlik qolunu vurdu. 55-ci dəqiqədə Rahid Əmirquliyevin uzaqdan zərbəsi zamanı Saşa Stamenkoviç topu qaytara bilmədi və top serb qapıçının önündə yerə dəydiyi üçün istiqamətini dəyişirərək qolla nəticələndi. Bundan sonra komandalardan heç biri fərqlənə bilmədi və oyun 1:1 hesabı ilə yekunlaşdı.
Qeyd edək ki, bu qarşılaşma əzəli rəqiblər arasında baş tutan 24-cü oyun oldu. Klublar indiyədək 22 dəfə çempionatda, 2 dəfə kubokda qarşılaşıb. “Neftçi” bu oyunlardan 7-də qələbə qazanıb. 6 dəfə qələbəyə “Xəzər Lənkəran” sevinib. 11 halda isə oyunlar sülhlə bitib. Top fərqində də “Neftçi” öndədi – 25:21.
Tərəflərin son matçı ötən ilin 6 noyabrında İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutmuşdu. Bu matçda “Neftçi” uzun fasilədən sonra “Xəzər Lənkəran”a qalib gəlmişdi. Özü də böyük hesabla – 5:0. Həmin vaxt “Xəzər Lənkəran”a Mirça Rednik, “Neftçi”yə isə indiki kimi Böyükağa Hacıyev başçılıq edirdi. Cənublular yeni baş məşqçi Yunis Hüseynovla bu məğlubiyyətin qisasını almaq istəyirdilər. Düzdü, bu, onlara qismət olmadı. Amma hər halda debüt matçında “Bakı”ya uduzan bu mütəxəssis yeni komandasıyla ilk xalını məhz “Neftçi” ilə görüşdə qazanmış oldu. Xal itkisinə rəğmən, “Xəzər Lənkəran” yenə dördüncü pillədəki yerini qorumaqdadı. Amma “Neftçi” üçün qazanılan bir xal əsas izləyicilərindən bir qədər də aralanmaq üçün yetərli oldu. Çünki günün digər oyununda “İnter” “Qəbələ”yə məğlub olmaqla liderə çatmaq şanslarına böyük zərbə endirmiş oldu.
Paytaxt klubu Qəbələyə son turda “Neftçi”dən aldığı məğlubiyyəti unutdurmaq üçün getmişdi. Lakin son dövrlər ev oyunlarında iddialı klublara qənim kəsilən “Qəbələ” “İnter”i də əliboş yola saldı. Hesabı 61-ci dəqiqədə Yannik Kamanan açdı. 13 dəqiqə sonra Nizami Hacıyev tarazlığı bərpa etsə də, 83-cü dəqiqədə Deon Barton “Qəbələ”nin qələbə qoluna imza atdı. Matçın son dəqiqələrində qırmızı vərəqə alan Xəyal Mustafayev bununla “İnter”in bir xal qazanmaq şanslarını da çətinləşdirdi. Nəticədə, “Qəbələ” “Xəzər Lənkəran”ın xal itkisindən yararlanaraq 4-cü pillə ilə aradakı fərqi 3-ə endirdi, eyni zamanda “Bakı”dan da aralandı. “İnter” isə ardıcıl ikinci məğlubiyyətin ardından üçüncü pilləyə yuvarlandı. Artıq “bankirlər”i lider “Neftçi”dən 5 xal ayırır.
İlk altılıq çərçivəsindəki digər oyunda isə “Qarabağ” “Bakı”nın qonağı idi. 2012-ci ilin ilk rəsmi oyununda “Bakı”nı 3:0 hesabı ilə qəbul edən Ağdam klubu yenə səfərdə qələbə qazandı. “Bakı” bu dəfə 1:2 hesabı ilə yenildi. “Qarabağ”ın qollarına Maksim Medvedevlə Vaqif Cavadov, “Bakı”nın qoluna isə Rəhman Hacıyev imza atdı. Düzdü, “zolaqlılar” bu dəfə məğlubiyyətdən yaxa qurtarmağa çox yaxın idi. Amma Koke penalti zərbəsini boşa verməklə, komandasını 1 xaldan etmiş oldu. Nəticədə, xallarını “İnter”lə bərabərləşdirən Ağdam klubu ikinci pilləyə yüksəlmiş oldu. Yeri gəlmişkən qeyd edək ki, bu görüş Maksim Medvedev üçün əlamətdar oldu. Çünki, 23 yaşlı müdafiəçi bu tur karyerasının ilk rəsmi qoluna imza atdı.
İlk oyun gününün daha bir oyunu isə ikinci altılıq çərçivəsində baş tutdu. AZAL öz meydanında “Kəpəz”i qəbul etdi. Paytaxt klubu doğma meydanda qələbə qazandı. AZAL-ın heyətində Nuqzar Kvirtiya və Georgi Boqyu fərqləndi.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq: “Sumqayıt” “Simurq”u, “Turan” isə “Rəvan”ı qəbul edəcək.
Premyer Liqa
Final mərhələsi
25-ci tur
24 mart
Neftçi – Xəzər Lənkəran - 1:1
Qollar: Ruslan Abışov, 26 – Rahid Əmirquliyev, 55.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgievski (25. Cavid İmamverdiyev, 62), 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev (11. Cavid Hüseynov, 71).
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 16. Alessandro Viana da Silva, 22. Fərid Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Katalin Doman (22. Antonio Semedo, 65), 8. Eder Bonfim, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara (9. Branimir Subaşiç, 75), 16. Adrian Pit, 21. Radomir Todorov, 81. Rikardo Qomes (10. Elnur Abdullayev, 90+3).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Alim Qurbanov, 30. Randall Brenes, 33. Stevan Bates.
Baş məşqçi: Yunis Hüseynov.
Sarı vərəqələr: Ruslan Abışov, 73 (qeyri-idman hərəkəti) – Eder Bonfim, 15 (qeyri-idman hərəkəti). Elnur Allahverdiyev, 36 (qeyri-idman hərəkəti). Rikardo Qomes, 75 (qeyri-idman hərəkəti).
İstifadə olunmamış penalti: Flavinyo, 36.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
24 mart. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 4500 tamaşaçı.
AZAL – Kəpəz - 2:0
Qolar: Nuqzar Kvirtiya, 59, Georgi Boqyu, 72.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka (k), 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 15. Georgi Boqyu, 16. Branislav Arsenijeviç, 17. Viktor İbekoyi (18. Elmin Çobanov, 88), 19. Hüseyn Axundov (14. Orxan Səfiyaroğlu, 46), 23. Tales Şütz (13. Şəhriyar Rəhimov, 77), 25. Tural Nərimanov.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 4. Elvin Cəbrayıllı, 6. Mindauqas Daunoraviçyus, 22. Elgün Abbaslı.
Baş məşqçi: Rafiq Mirzəyev.
Kəpəz: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İvan Arabacı, 27. Pərvin Paşayev(23. Junivan Suares, 44), 18. Nikolay Svejentsev, 8. Armand Feutçin (11. Sabir Allahquliyev, 73), 14. Dmitri Parxaçov (17. Renat Sultanov, 84), 2. Nail Məmmədov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 19. Zaur Əsədov, 9. Ceyhun Əhmədov, 3. Vasif Haqverdiyev.
Baş məşqçi: Fuad İsmayılov.
Sarı vərəqələr: Tural Nərimanov, 77 (sistematik qayda pozuntusuna görə) -Yuri Fomenko, 52 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
24 mart. AZAL Arena. 500 tamaşaçı.
Bakı – Qarabağ - 1:2
Qollar: Rəhman Hacıyev, 71 – Maksim Medvedev, 8. Vaqif Cavadov, 47.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo (99. Rəhman Hacıyev, 61), 7. Deyvidas Çesnauski, 10 (30. Maris Verpakovski, 71). Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 77. Aleksandr Soliç (19. Nurlan Novruzov, 77), 98. Serxio Kontreras.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 20. Elşad Manafov, 22. Tural Qürbətov.
Məşqçi: Novruz Əzimov.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (70. Vaqif Cavadov, 46), 19. Muarem Muarem (9. Bəxtiyar Soltanov, 46), 22. Əfran İsmayılov (11. Rauf Əliyev, 90+1), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
İstifadə olunmamış penalti: Serxio Kontreras, 78.
Sarı vərəqələr: Elvin Məmmədov, 61 (rəqibə qarşı kobud oyun). Cəmşid Məhərrəmov, 87 (rəqibə qarşı kobud oyun)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Nahid Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
24 mart. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1200 tamaşaçı.
Qəbələ – İnter - 2:1
Qollar: Yannik Kamanan, 61. Deon Barton, 83 – Nizami Hacıyev, 76.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi (22. Murad Hüseynov, 90), 11. Yannik Kamanan (21. Elmar Baxşıyev, 90+2), 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov (10. Deon Burton, 81), 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 15. Nodar Məmmədov, 24. Tərzin Cahangirov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
İnter: 1. Georgi Lomaya, 2. Xəyal Mustafayev, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 9. Enyo Krastovçev (28. Baçana Tsxadadze, 79), 11. Asif Məmmədov (6. Samir Zərgərov, 23), 13. Bronislav Çervenka (k), 14. Peter Zlatinov (25. İbrahima Niasse, 46), 18. İlia Kandelaki, 22. Peter Xrappan, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 16. Elnur Abdulov, 20. Girts Karlsons, 29. Əziz Quliyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Xəyal Mustafayev, 15 (badalaq); 88 (rəqibi əllə tutduğuna görə). Valeri Abramidze, 30 (qeyri-idman hərəkəti). Nizami Hacıyev, 80 (rəqibi əllə tutduğuna görə).
Qırmızı vərəqə: Xəyal Mustafayev, 89 (rəqibi əllə tutduğuna görə).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
24 mart. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.
|
1
|
Neftçi
|
25
|
17
|
2
|
6
|
49 - 23
|
26
|
53
|
|
2
|
Qarabağ
|
25
|
14
|
6
|
5
|
31 - 16
|
15
|
48
|
|
3
|
İnter
|
25
|
14
|
6
|
5
|
24 - 14
|
10
|
48
|
|
4
|
Xəzər L
|
25
|
13
|
6
|
6
|
34 - 22
|
12
|
45
|
|
5
|
Qəbələ
|
25
|
12
|
6
|
7
|
34 - 26
|
8
|
42
|
|
6
|
Bakı
|
25
|
11
|
5
|
9
|
29 - 25
|
4
|
38
|
|
1
|
AZAL
|
25
|
9
|
5
|
11
|
37 - 40
|
-3
|
32
|
|
2
|
Rəvan
|
24
|
8
|
7
|
9
|
26 - 29
|
-3
|
31
|
|
3
|
Kəpəz
|
25
|
7
|
5
|
13
|
31 - 42
|
-11
|
26
|
|
4
|
Simurq
|
24
|
5
|
6
|
13
|
20 - 36
|
-16
|
21
|
|
5
|
Turan
|
24
|
4
|
3
|
17
|
17 - 34
|
-17
|
15
|
|
6
|
Sumqayıt
|
24
|
4
|
3
|
17
|
17 - 42
|
-25
|
15
|
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL), Yuri Fomenko (Kəpəz)
