25 mart 2012 17:21
Amit 73 dəqiqə oynadı, yenə məğlubiyyətə üzüldü (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Akhisar BG” ilə qarşılaşıb. Kayseri klubu çətin səfər matçında ən azı bir xal qazanmağa çalışsa da, matçın sonlarında buraxdığı qollarla məğlub olub.
Son oyunda 90 dəqiqə forma geyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Kemalettin Şentürk futbolçumuza bu dəfə də start heyətdə şans verib. Lakin millimizin üzvü 73-cü dəqiqədə Metin Tuğlu ilə əvəzlənib. Komandasının məhz bu əvəzləmədən sonra qapısında iki qol gördüyünü də vurğulayaq.
Qeyd edək ki, Kayseri klubu hazırda 27 oyundan sonra 36 xalla 8-ci pillədə qərarlaşıb. “Akhisar BG” isə 49 xalla 3-cüdü.
Türkiyə Bank Asya birinci liqası
27-ci tur
25 mart
Akhisar BG - Erciyesspor - 2:0 (0:0)
Qollar: Osman Bozkurt, 75, Anıl Taşdemir, 82.
