25 mart 2012 19:24
Millimizin forvardı Manisaspor üzərində qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın komandası "Sivasspor" bu gün Türkiyə Super Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Sivas təmsilçisi qardaş ölkə çempionatının 32-ci turu çərçivəsində “Manisaspor” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında baş tutub. Buna baxmayaraq, Kayseri təmsilçisi növbəti qələbəsini qazanmağı bacarıb.
Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana şans verməyib. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Sivasspor” hazırda 32 oyundan sonra 47 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Manisaspor” isə 32 xalla 16-cıdı.
Türkiyə Super Liqası
32-ci tur
25 mart
Manisaspor - Sivasspor - 1:3 (1:1)
Qollar: Ferhat Çökmüş, 38 - Kadir Bekmezçi, 7, Erman Kılıç, 71, Pedriel Suarez, 86.
