24 mart 2012 11:25

Premyer Liqa, 25-ci tur: Cüneyt Biçərin proqnozu

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 25-ci turunun oyunları ərəfəsində azerisport.az saytı üçün proqnozlarını açıqlayıb.
 
Qəbələ - İnter
Son turda “İnter” öz meydanında məğlubiyyətlə üzləşdi. Buna görə onlar qələbə üçün əllərindən gələni edəcəklər. “Qəbələ” isə altılıq mərhələsi başlayandan inamlı çıxışı ilə seçilir. “Bankirlər” üçün bu oyun çox çətin keçəcək. Ən azından qarşılaşma rəqib meydanında keçirildiyi üçün. Belə qarşılaşmaya proqnoz vermək çox çətindi. Amma mən ya “İnter”in qələbə qazanacağını, ya da heç-heçə olacağını düşünürəm.
 
Neftçi – Xəzər Lənkəran
Bu oyunla bağlı proqnoz vermək istəmirəm.
 
Bakı – Qarabağ
Bu, iki nəhəngin döyüşü olacaq. Hər iki komandaya qələbə lazımdı. Mən bu görüşdə də aşkar favorit görmürəm. Fikrimcə, yekunda heç-heçə qeydə alınacaq.
 
AZAL – Kəpəz
Bu oyun ikinci altılıq çərçivəsindəki ən maraqlı oyunlardan biri olacaq. AZAL hazırda bütün diqqətini Azərbaycan kubokuna yönəldib. Ona görə də “təyyarəçilər”in bu dəfə meydana optimal və ya eksperimental heyətlə çıxacağını dəqiq bilmək olmur. Əgər əsas heyətlə oynasalar, AZAL qələbə qazanacaq. Eksperimental heyətlə oynayacaqları halda isə, hər şey ola bilər. Hər halda meydan sahiblərinin qələbəsi daha inandırıcıdı.
 
Sumqayıt – Simurq
Hər iki komanda demək olar ki, bərabərdi. Zaqatala klubunda baş verən baş məşqçi dəyişikliyinin onlara kömək edəcəyini düşünürəm. Amma “Sumqayıt” da zəif komanda deyil. Onların gənc heyəti var və hər oyunda özlərini sübut etmək istəyirlər. Heç-heçə olacağını düşünürəm.

Turan – Rəvan
“Turan”ı ev komandası adlandırmaq olar. Tovuzda onlar daha yaxşı oynayırlar. Düzdü, komandada hər şey ideal deyil. Amma baş məşqçiləri yaxşı və möhkəm kollektiv yarada bilib. “Rəvan” da möhkəm qoz hesab oluna bilər. Bu komanda hətta hazırda ilk altılıqda mübarizə aparan klublarla da çox yaxşı mübarizə apara bilirdi. Mənə elə gəlir ki, bu oyunda məhz “Rəvan” qalib gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.