24 mart 2012 12:28
Neftçi Böyük oyun öncəsi azarkeşlərilə görüşdü (FOTO)
Daim azarkeşlərinə diqqət və qayğı göstərən "Neftçi" futbol klubunun rəhbərliyi komandanın azarkeşləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, tədbirə klubun vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Böyükağa Hacıyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və digər rəsmilər qatılıb.
Klub prezidenti Sadıq Sadıqovun bayram təbrikini azarkeşlərə çatdıran rəsmilər, futbolsevərlərdən sabah keçiriləcək "Xəzər Lənkəran"la oyunda, həmçinin növbəti görüşlərdə də dəstək gözlədiklərini bildiriblər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
