25 mart 2012 16:49
“Komandanın oyunundan razı qaldım”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 25-ci turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də oldu. Oyun boyu bəzi səhvlərimiz oldu. Buna baxmayaraq, qalib gəldik. Komandanın oyunundan razı qaldım”.
