25 mart 2012 16:55
Bernard Raab ümdini Turan ilə oyuna bağlayıb
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 25-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“90 dəqiqə ərzində komandamız mübarizə apardı, əzmkar oyun göstərdik. Futbolçular oyun boyu səhvlər buraxdı. Gələn turda öz meydanımızda “Turan”la oyunda qalib gəlməyə çalışacağıq”.
