25 mart 2012 17:37
Lider növbəti qələbəsini qazandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 22-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 3 qarşılaşma keçirilib.
Lider "Qaradağ Lökbatan" MOİK üzərində minimal hesablı qələbəyə sevinib. "Bakılı" "Tərəqqi"ni eyni hesabla məğlub edib. “MKT-Araz" - "Lokomotiv" matçında isə tərəflər 1 qolla 1 xala razılaşıblar.
Qeyd edək ki, turun digər görüşləri ötən gün keçirilmişdi.
Birinci divizion
22-ci tur
25 mart (bazar)
Qaradağ Lökbatan – MOİK – 1:0
Qol: Rüfət Məmmədov, 10.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
Bakılı - Tərəqqi – 1:0
Qol: İlqar Abdurəhmanov, 77.
Bakı. "Şəfa" stadionu, 4-cü meydança
MKT-Araz – Lokomotiv – 1:1
Qollar: Rafiq Koçaliyev, 54 - Ülvi Quliyev, 26.
İmişli. Heydər Əliyev adlna şəhər stadionu.
1
25
17
2
6
49-23
53
